Pirşağı çimərliyində suiti cəsədləri aşkarlandı — FOTOLAR

HADİSƏ 27 may 2025, 11:10
Son günlər Xəzər dənizinin Qazaxıstan sahillərində 200-dən çox suiti cəsədi aşkarlanıb.

Demokrat.az 
“Trend”ə istinadla xəbər verir ki, suiti cəsədlərinə Pirşağı çimərliyində də rast gəlinib. Belə ki, Qızılqum çimərliyində 4 suiti cəsədi aşkar edilib.

“Davamlı inkişafda mavi texnologiyalar Mərkəzi”nin direktoru, professor Mehman Axundov bildirib ki, bu, mövsümi xarakter daşıyan prosesdir və adətən, payız aylarının sonunda və yaz aylarında müşahidə olunur: “Cəsədlər, adətən, Abşeronun şimal hissəsində aşkarlanır. Bu isə küləklərlə bağlı olur. Abşeron Xəzər dənizinə daxil olduğu üçün şimaldan gələn dəniz axınları bu cəsədləri Abşeronun şimal sahillərinə gətirib çıxarır. Mərdəkan, Novxanı, Pirşağı istiqamətlərində biz bu halları müşahidə edə bilirik”.

O əlavə edib ki, Xəzər suitisi dünyada ən kiçik suiti növüdür: “Onların öz biologiyası var, çoxalma üçün Xəzərin şimalına üz tutur, balalama dövründən sonra oradan cənuba qayıdırlar. Onlar Orta Xəzərdən, Qazaxıstan və Rusiyanın sularından keçirlər. Bu zaman aylarla qidalanmırlar, nəticədə zəifləyirlər. Zəif suitilər yolda tələf olurlar. Təqribi 800-1000 kilometrlik yolda zəifləyən suitilərin tələf olması normaldır.

Ovçuların onları öldürməsi ayrı məsələ, amma eyni zamanda, hər bir canlının təbii ölümü var. Qocalıq, zəiflik, aclıq, xəstəlik bioloji ölümə səbəb ola bilir”.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 may 2025, 13:27
Top