Sumqayıtda 23 yaşlı qadın evdə doğuş etdi, körpəsi dünyasını dəyişdi

HADİSƏ 28 may 2025, 15:31
Sumqayıtda 23 yaşlı qadın evdə doğuş edib, körpəsi ölüb.

Demokrat.az
report.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Səlimova Sevil yaşadığı evdə həkim nəzarəti olmadan doğuş edib.

İlkin məlumata görə, 30 həftəlik hamilə qadın ev şəraitində baş verən doğuş zamanı ölü körpə dünyaya gətirib.
 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, ötən gün saat 05:23-də Ceyranbatan qəsəbəsindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub:


"Çağırış əsasında saat 05:35-də ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə yerində 23 yaşlı qadının vaxtından əvvəl doğuş keçirdiyi müəyyən edilib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatdıqda dölün həyat əlamətləri müşahidə edilməyib və ölü doğuş halı qeydə alınıb. Müvafiq qaydalara uyğun olaraq, həkimə qədər ölüm faktı qeydə alınıb.”

Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top