"Fəxri adların və mükafatların verilməsi sənət adamları üçün bir stimuldur, həvəsləndirmədir. Bu adların verildiyi şəxslərin məsuliyyəti qat-qat artmış olur. Ona görə düşünürəm ki, fəxri adların ləğv edilməsinə bir o qədər də ehtiyac yoxdur".
Bunu Demokrat.az-a millət vəkili Tahir Rzayev deyib. O bildirib ki, bəzi Xalq artistləri və Əməkdar artistlər bu ada uyğun davranmırlar:
"Təəssüflər olsun ki, fəxri adlardan sui-istifadə edənlər var. Fəxri adlar verilir, bəzi insanlar bu adların kölgəsində ancaq özlərini təbliğ edir, təkəbbürlü hərəkətlərə meyillənirlər. Ona görə bu cür Xalq artisti, Əməkdar artistlərə cəmiyyətdə ikrah hissi oyanır. Hər kəs dövlət tərəfindən ona verilən fəxri adın dəyərini bilməlidir".
Cavidan Mirzəzadə
Demokrat.az