Bakının Suraxanı rayonunda 1980-ci il təvəllüdlü Nizami ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Suraya (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 15 mart 2025-ci ildə baş verib. Bakı şəhər sakini Nizami həmin gün saat 02 radələrində yaşadığı evdə spirtli içki qəbul etməsinə irad bildirdiyi və ona cavab qaytardığı üçün arvadı Sura ilə aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vurub.
Hadisəni törədən Nizaminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizami ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində əməlini etiraf edib. O bildirib ki, Sura ilə 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurub: “Əvvəllər arvadım ilə münasibətlərimiz yaxşı olub. Lakin son vaxtlar aramızda spirtli içki qəbul etməyimə görə mübahisələr olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 15-də, gecə saat 2 radələrində həyat yoldaşı Sura ona evdə spirtli içki qəbul etməsinə görə iradını bildirib: “Həmin mövzuyla bağlı aramızda yaranan mübahisə zamanı həyat yoldaşım mənə cavab qaytardığı üçün yumruq ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Bir qədər sonra Sura mənim barəmdə polisə şikayət etdi”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nizaminin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az