Bakının Suraxanı rayonunda ər arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 21 yanvar 2025-ci ildə baş verib. Zəngilan rayon sakini, 1981-ci il təvəllüdlü Müslüm həmin gün saat 21:00-da yaşadıqları evdə telefonuna bir başqa qadın tərəfindən edilmiş zənglər səbəbindən həyat yoldaşı Zümrüdün (adlar şərtidir – red.) ona irad bildirməsi nəticəsində, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əsəbləşib.
Müslüm əli ilə qəsdən Zümrüdün çənə və sol qol nahiyyələrinə zərbə vurmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Müslümün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müslüm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və törətdiyi cinayət əməlini etiraf edib. O bildirib ki, zərərçəkmiş Zümrüd ilə 2002-ci ildə ailə həyatı qurub, birgə nikahdan 3 övladları var: “Yanvarın 21-də, saat 08:00-da işə getmək üçün yaşadıqları evdə hazırlaşan zaman Zümrüd onun istifadə etdiyi telefona baxdıqda telefonunda bir nəfər qadının ona etdiyi zəngləri aşkar etdi. Bu səbəbdən aramızda həmin vaxt sözlə mübahisə yarandı. Həmin gün axşam saat 21:00-da yaşadığımız evdə olan zaman Zümrüd məndən münasibətdə olduğum qadının kim olduğunu, hansı səbəbdən ona xəyanət etdiyimi soruşdu. Ona həmin qadının adını belə bilmədiyini, həmin şəxsi müştəri qismində idarə etdiyim avtomaşına əyləşən zaman tanıdığımı, həmin şəxsin mənə bir müştəri kimi zəng vurduğunu desəm də, Zümrüd mənə inanmadı və qısqanclıq etdiyi üçün mübahisə daha da böyüməyə başladı. Mübahisənin təsirindən əsəbləşdiyim üçün Zümrüdü söydüm, əlim ilə onun çənə nahiyəsinə və sol qoluna qəsdən zərbə vuraraq onu döydüm”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş ondan şikayətçi olmayıb.
Bu səbəbdən Müslümün barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli
Demokrat.az