Türkiyədə quduz təhlükəsi: 4 məhəllə karantinə alınıb

DÜNYA 27 may 2025, 20:26
Türkiyənin Hatay bölgəsində quduzluq xəbərdarlığı edilib. Samandağ rayonunda bir itdə quduzluq aşkar edildikdən sonra 4 məhəllə karantinə alınıb.

Demokrat.az
xəbər verir ki, karantin zonasında olan bütün pişik və itlər quduzluğa qarşı peyvənd olunacaq.  Müvafiq qaydalara əsasən, heyvanlar karantin zonasından çıxarıla bilmir. Digər tərəfdən qruplar məhəllələrin giriş-çıxışlarına

"Quduzluq riski bölgəsi" yazılan lövhələr asıb. Məhəlləyə giriş-çıxışlar qadağan edilib.


Əfsanə Kamal
Demokrat.az


 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top