
Əməkdar artist Ədalət Şükürov baba olub.
Axşam.az xəbər verir ki, bu haqda müğənni "Afaqla 10lar" verilişində danışıb. O bildirib ki, qızı Jalənin övladı dünyaya gəlib:
"Allah hamıya qismət etsin, gözəl hissdir. Arzu edirəm ki, hər bir ailədə belə xoş hal yaşansın. Baba statusu hər adama nəsib olmur".
Qeyd edək ki, Ə.Şükürovun bir oğul, bir qızı övladı var.