Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahib ölkədir.
Demokrat.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə danışıb.
“Mən Azərbaycanı 28 May-Müstəqillik Günü münasibətilə təbrik edirəm. Bu gün qardaş və dostlarımla bir məkanda olmaqdan böyük şərəf duyuram. Laçında birgə dalğalanan Azərbaycan, Türkiyə, Pakistan bayraqlarını görmək insanın içini qürur hissi ilə doldurur. Biz tərəfdaşlığımızı daha da irəli daşımaq arzusundayıq. Çünki bizim birgə dəyərlərə əsaslanan dərin tarixi əlaqələrimiz var. Qarabağ, Kəşmir və Şimali Kiprlə bağlə biz birgə mövqedən çıxış edirik”,-o qeyd edib.