"Ermənistanın ictimai-siyasi mühitində qərbpərəst qüvvələrin mövqeyi kifayət qədər güclüdür. 44 günlük Vətən müharibəsindən dərhal sonra keçirilən növbədənkənar seçkilərdə Paşinyana etimadın yüksək olduğu göründü. Amma bu qüvvələrin mövqeləri bir qədər zəifləməkdədir".
Bunu Demokrat.az-a Milli Məclisin deputatı Azər Allahverənov deyib. O bildirib ki, əvvəlki illərlə müqayisədə Gümrü və digər şəhərlərdə müxalifət müəyyən mənada üstünlük əldə edə bilib:
"Bu o deməkdir ki, müxalifət istənilən an öz həmrəyliyini göstərə bilər. Bu da Paşinyan üçün təhlükəli vəziyyət yarada bilər. Bu səbəbdən Paşinyan çalışır ki, Qərblə münasibətləri qoruyub saxlamaqla yanaşı, Rusiya ilə münasibətləri də daha konstruktiv notlar üzərində saxlasın.Bəlli məsələdir ki, Rusiyada da Ermənistana münasibət fərqlidir. Bu fərqlilik Ermənistanın Avropaya meyli və xarici siyasət kursunda Qərbin prioritet istiqamət olaraq göstərilməsindən qaynaqlanır".
Millət vəkili eyni zamanda qeyd edib ki, Qərb Paşinyanı hərbi münaqişəyə sürükləməsə də, gərginliyi yüksək həddə saxlamağa təşviq edir:

"Məsələn, Aİ-nin mülki missiyası, Sülh Fondunun maliyyə yardımı, eyni zamanda Hindistandan silah alınmasında maraqlı olan qüvvələrin fəallığı, Fransa-Ermənistan münasibətlərinin intensivləşməsi göstərir ki, sülh prosesinin ləngiməsini istəyən, revanşist əhval-ruhiyə üzərində köklənmiş qüvvələr var. Bu qüvvələr istəyir ki, sülh sənədi imzalanmasın, qonşulara qarşı torpaq iddiaları davam etsin və s.
Paşinyan qeyri-sabit siyasi vəziyyətdə prosesləri düzgün idarə etməsə, gedişləri düzgün hesablamasa, siyasi iflasa uğrayacaq".
Cavidan Mirzəzadə
Demokrat.az