Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əsaslı təmir işləri aparılacaq.
Demokrat.az Baku.ws-ə istinadən xəbər verir ki, bu məqsədlə keçirilən tenderdə layihənin ümumi dəyəri 9 milyon 863 min 872 manat olaraq göstərilib.
Təmir işlərinə müxtəlif istiqamətlər daxildir. Bunlar arasında idman zalında şüşə bloklardan hazırlanmış arakəsmələrin sökülməsi və yenidən qurulması, binanın istilik və su təchizatı sisteminin yenilənməsi, eləcə də yanğın su xəttinin çəkilməsi nəzərdə tutulub.
Boru xəttində istifadə olunacaq materiallar əsasən poladdan hazırlanacaq və müxtəlif ölçülərdə borularla təmin ediləcək.
Qeyd edək ki, satınalan təşkilat UNEC-in özü – yəni Azərbaycan Dövlət İqtisad Universitetidir və təmir işləri universitetin Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən binasında həyata keçiriləcək.