“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu — FOTOLAR

BİZNES 31 may 2025, 13:12

“Bakcell” Azərbaycanın milli qüruru - şəhid övladlarını 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib.

“YAŞAT” Fondunun təşəbbüsü ilə həyata keçirilən ölkəmiqyaslı “Hədiyyə Karvanı” sosial layihəsi çərçivəsində “Bakcell” Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canından keçmiş qəhrəmanların övladlarını xüsusi diqqət və qayğı ilə sevindirib.

“Hədiyyə Karvanı” layihəsi ölkəmizin bütün regionlarından 1700-dək uşağı əhatə edir. Bu təşəbbüs “Bakcell”in dayanıqlılıq və korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindəndir.

“NEQSOL Holding”in tərkibinə daxil olan “Bakcell”, “YAŞAT” Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə əlillərinə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq “NEQSOL Holding” və “YAŞAT” Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.

“Bakcell” Azərbaycanda, həmçinin Qarabağ bölgəsində gələcək nəsillərin rifahı və inkişafı üçün sosial məsuliyyət fəaliyyətlərini daima diqqət mərkəzində saxlayır.

 



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top