“Baku Steel Company” QSC açıq tender elan edir

BİZNES 29 may 2025, 10:45
Tenderin predmeti: Düzləndirici avadanlıq üçün bünövrənin tikintisi 

Tenderdə iştirak haqqı: ödənişsiz 

Tender iştirakçıları “Açıq tender”də iştirak etmək niyyəti barədə müraciəti “Baku Steel 

Company” QSC-nin (BSC) müvafiq e-poçt ünvanına (tender@bakusteel.com) və ya yazılı şəkildə Baş ofisinə (Nərimanov rayonu, Mir-Cəlal küç., 15 (Dərnəgül), Bakı, Azərbaycan) ünvanlaya bilərlər. 

Elan əsasında iştirak etmək istəyən təchizatçılar aşağıda qeyd olunmuş ilkin sənədləri 04 iyun 2025-cü il saat 18:00-a qədər “PDF”, “Kommersiya təklifi” sənədini isə 09 iyun 2025-ci il saat 18:00-a qədər “Excel” formatında tender@bakusteel.com e-poçt ünvanına göndərməlidirlər. 

İlkin sənədlər: 

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə); 

2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 

3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər iddiaçı bir ildən az müddət fəaliyyət göstərirsə, göstərilən fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti); 

4. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı; 

5. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; (kopiyalar); 

6. İddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədilə həmin şəxslərin vergi rezidentliyini təsdiq edən sənəd (sertifikat); 

7. Bu PQQ formasının doldurulmuş şəkildə imzalı möhürlənmiş nüsxəsi (mütləqdir). İlkin kvalifikasiyadan keçmiş təchizatçılar “Açıq tender” üzrə ilkin sənədləri təqdim etdikdən sonra “Açıq tender” şərtlər toplusunu (tam texniki tələblərini, layihə, dəyərləndirmə meyarlarını və əlavə tələbləri) məlumat mübadiləsini aparan BSC tərəfindən təyin olunmuş vəzifəli şəxsdən əldə edə bilərlər. Təklifin göndərilməsi təlimatı əsas şərtlər toplusunda təqdim olunacaq. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər tenderdən kənarlaşdırılacaq. 

Podratçılarla (xidmət göstərənlərlə) əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan BSC-nin vəzifəli şəxsi Əbdülrəhman Adıgözəlov 

E-poçt: a.adigozalov@bakusteel.com 

Əlaqə telefonu: (+994 50) 300 75 75; (+994 12) 490 08 00 (daxili 7001)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top