Qonşu ölkədə 2 güclü zəlzələ oldu

DÜNYA 30 may 2025, 10:41
Rusiyada - Kurilin cənub sahillərində iki güclü zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmoloji stansiyası məlumat yayıb.

Bildirilib ki, mayın 30-na keçən gecə Sakit okeanda silsilə yeraltı təkanlar qeydə alınıb. Onların maqnitudası 4,8 və 4,6 bal təşkil edib. Seysmoloji aktivliyin episentri İturup adasından cənub-şərqdə qeydə alınıb.

Seysmoloji stansiyanın rəsmisi zəlzələlərin yeraltı ocağının dərinliyi barədə məlumat verməyib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur. (Metbuat.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top