Ukrayna Müdafiə Nazirliyi Türkiyəyə müraciət edərək Kiyevə hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükünə başlanmasını və Ukraynanın müdafiə-sənaye kompleksinə sərmayə qoyulmasını xahiş edib.
Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov özünün "Facebook" hesabında məlumat paylaşıb.
Nazirin sözlərinə görə, bu məsələlər Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirilən görüş zamanı gündəmə gətirilib.
"Birinci müavin Sergey Boyev Ukraynanın dəstəyə ehtiyac duyduğu əsas istiqamətləri təqdim edib. Bunlara müdafiə-sənaye kompleksinə sərmayələr, texnika və HHM sistemlərinin tədarükü, hava hücumundan müdafiə üçün sursatlar, əsas kalibrli mərmilər və uzaqmənzilli imkanlarımızın gücləndirilməsi daxildir", - deyə Rustem Umerov qeyd edib.