Zaxarova: "Rusiya nümayəndə heyəti sülh memorandumu layihəsi ilə İstanbula gələcək"

DÜNYA 30 may 2025, 20:08
Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün İstanbula gələcək və özləri ilə sülh memorandumunun layihəsini gətirəcək.

Demokrat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Məlumatda bildirilir ki, Rusiya prezidentinin köməkçisi V.R.Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyətinin atəşkəslə bağlı memorandum layihəsi və digər təkliflərlə İstanbulda olacağı təsdiq edilir.

Ukrayna münaqişəsinin nizamlanması üzrə birbaşa danışıqların yeni raundu iyunun 2-də baş tutacaq.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top