Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir. Təhsil İnstitutu məsələ ilə bağlı növbəti açıqlama yayıb.Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək.
Təhsil eksperti Ramin Nurəliyev Demokrat.az-a açıqlama verib.
O deyib ki, əslində yaranmış narahatlığın mərkəzində məhz VII sinif şagirdləri dayanırdı:
“Çünki əvvəlki qaydalarda onlara bu fürsət tanınmırdı və bu, ciddi sosial narazılığa səbəb olmuşdu. IV, V siniflər üçün onsuz da gələcəkdə bu imtahan imkanları mövcuddur, lakin VII siniflər üçün bu şans birdəfəlik əldən çıxmaq təhlükəsi yaratmışdı. Yeni qərarın qəbul olunması və VII siniflərə bu il imtahanda iştirak haqqının verilməsi çox müsbət addımdır. Bu, həm ədalətli yanaşmanın bərpası, həm də şagirdlərin motivasiyasının qorunması baxımından vacib idi. Eyni zamanda, valideynlər üçün də bu, bir rahatlıq və təhsil sisteminə qarşı müəyyən etimadın bərpası kimi qiymətləndirilə bilər. Bu qərar, gec də olsa, düzgün addım idi və ümid edirik ki, gələcəkdə bu cür dəyişikliklər daha əvvəlcədən düşünülmüş və cəmiyyətlə məsləhətləşilərək həyata keçiriləcək. Elm və Təhsil Nazirliyi ilə Təhsil İnstitutunun lisey və gimnaziya qəbul qaydalarında etdiyi dəyişiklik ilkin mərhələdə cəmiyyətə çatdırılma və icra vaxtı baxımından düzgün koordinasiya olunmadığı üçün geniş narahatlığa səbəb oldu”.
Ekspert deyib ki, valideynlər il boyu övladlarını hazırlaşdırmış, müəyyən vəsait və zaman sərf etmişdilər:
“Qəbul prosesinin qəfil dəyişdirilməsi, xüsusilə də imtahan tarixinə az qalmış, onlarda haqlı olaraq çaşqınlıq və stress yaratdı. İstənilən islahatın uğurlu olması üçün onun vaxtında və şəffaf şəkildə ictimaiyyətə elan olunması şərtdir. Nazirliyin qərarı geri götürməsi, ictimai rəyə hörmətlə yanaşması və keçid dövrü tətbiq etməsi isə müsbət addımdır və idarəetmədə çevik reaksiyanın, ictimaiyyətin fikrinə açıq olmağın nümunəsidir. Bu, təhsil sahəsində inamın qorunması baxımından vacib idi. Uzunmüddətli baxışla, qəbul prosesinin 6-cı sinifdən başlayaraq 7-ci sinifə keçidlə həyata keçirilməsi beynəlxalq təcrübəyə uyğundur. Amma bu cür dəyişikliklər ya tədris ilinin əvvəlində elan edilməli, ya da bir il əvvəldən xəbər verilməlidir. Ümumilikdə, həm vətəndaş təşəbbüskarlığının, həm də dövlət orqanlarının reaksiyasının balanslı olması sevindirici haldır. Bu dialoq mədəniyyəti davam etməlidir”.
Leyla Turan
Demokrat.az