“Bu zirvə təkcə qardaşlıq simvolu yox, həm də bölgədəki yeni güc balansının rəmzi oldu” — AÇIQLAMA

GÜNDƏM 29 may 2025, 20:19
Mayın 28-də Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif konsertdə iştirak ediblər. Əvvəlcə Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib

Bununla bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlama verib.

O deyib ki, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında baş tutan zirvə görüşü sadəcə diplomatik tədbir deyil, dərin mənaya və strateji mesajlara malik bir görüşdür:

“Bu görüş həm rəmzi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. İşğaldan azad olunmuş ərazilərdə, xüsusilə Laçın kimi strateji bir məkanda keçirilməsi onu göstərir ki, yeni geopolitik reallıqlar artıq dost və tərəfdaş ölkələr tərəfindən qəbul olunur və dəstəklənir. Bu görüş həm də regional və beynəlxalq miqyasda bir mesaj idi - Azərbaycan tək deyil. Onun ətrafında onu açıq şəkildə dəstəkləyən qardaş ölkələr var və bu həmrəylik, xüsusilə də çətin dövrlərdə göstərilən birlik, əsl strateji müttəfiqlik nümunəsidir. Həm Türkiyənin hərbi-siyasi gücü, həm də Pakistanın öz regionunda qazandığı uğurlar və hərbi təcrübəsi, bu üçlü əməkdaşlığın real güc platformasına çevrilməsini təmin edir. Zirvə çərçivəsində verilən barış və əməkdaşlıq mesajları yalnız dostlara deyil. Regionda vəziyyəti gərginləşdirmək istəyən qüvvələrə də ciddi siqnaldır. Bu ölkələr bir yerdədir və gələcəkdə də birlikdə hərəkət edəcəklər. Qısaca desək, bu zirvə təkcə qardaşlıq simvolu yox, həm də bölgədəki yeni güc balansının rəmzi oldu. Azərbaycanın Laçını belə mötəbər beynəlxalq tədbirlərlə gündəmə gətirməsi həm daxili, həm də xarici siyasətdə əhəmiyyətli uğurdur”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top