Gənc oğlan 37 yaşlı kişini ürəyindən BIÇAQLADI

KRİMİNAL 30 may 2025, 10:35
Cəlilabad sakini, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlunu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Demokrat.az xəbər verir ki, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Orxan Əkbərov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə ötən gün Cəlilabad şəhərinin Səttərxan küçəsində qeydə alınıb.

B.Hüseynov ürəyindən bıçaq xəsarəti alıb.

Yaralı rayon mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top