Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Demokrat.az apa-ya istinadla xəbər verir ki, bu barədə vəkil Aqil Layıcın məlumat yayıb.
Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə həbs müddətinin uzadılması barədə təqdimata baxılıb.
Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyunun 23-dək uzadılıb.
Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.