Həmkəndlilərin mübahisəsi qanla bitdi, ölən var

KRİMİNAL 31 may 2025, 13:19
Kürdəmirdə həmkəndlilər arasında mübahisə birinin ölümü ilə nəticələnib.

Demokrat.az xəbər verir ki, hadisə ötən gün Sığırlı kəndində baş verib.

Kənd sakini 1966-cı il təvəllüdlü Hafiz Çümşüd oğlu Nuriyev həmkəndlisi Fəqan Əzizov tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan şəxs elə hadisə yerində ölüb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, polis əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fəqan Əzizov saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top