"Bu sammit Azərbaycan üçün həm tarixi, həm də simvolik əhəmiyyət daşıyır. O, müstəqilliyimizin 107-ci ildönümündə və Laçın şəhərində keçirildiyi üçün xüsusi önəm kəsb edir. Tədbirdə dost və qardaş ölkələrin liderləri iştirak edərək birgə əməkdaşlıq və sülh mesajı verdilər. Əsas mesaj ondan ibarətdir ki, Azərbaycan və tərəfdaşları sülh istəyirlər. Eyni zamanda, təhlükəsizlik məsələlərində də birgə əməkdaşlıq vacibdir. Bu çağırışlar təkcə region üçün deyil, dünya birliyi üçün də ünvanlanıb".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
"Dünyada bəzi ölkələr destruktiv mövqedən çıxış edərək xaos yaratmağa çalışırlar. Bu, beynəlxalq nizama ziddir və yolverilməzdir. Belə halların qarşısını almaq üçün Azərbaycan regionun təhlükəsizliyi barədə düşünür və sabitliyi qorumağa çalışır. Bu, xalqların rifahı və sülhpərvər təşəbbüslərin reallaşması üçün vacibdir.
Ermənistan məsələsinə gəldikdə isə, müharibədə məğlub olsa da, yenə də destruktiv mövqe tutur. Onun havadarları bu ölkəni alət kimi istifadə edirlər. Lakin Azərbaycan buna yol verməyəcək. Liderlik, ordu gücü və təcrübə Azərbaycan tərəfindədir".
Politoloq bildirib ki, Azərbaycan, Türkiyə və Pakistanın əməkdaşlığı artıq qlobal səviyyədə diqqət çəkən mühüm bir gücə çevrilir:
"Bu birlik dünyaya sülh və əməkdaşlıq mesajı verir. Heç kəsə təhdid yaratmır, sadəcə inkişaf və birgə gələcək qurmaq istəyirlər.
Yeni regional təşəbbüslər də bu məqsədə xidmət edir. Ankara–Tehran–İslamabad dəmir yolu layihəsi və Laçın hava limanının açılması sülhpərvər və iqtisadi inkişafa yönəlmiş addımlardır.
Üç ölkə texnoloji və iqtisadi sahələrdə də irəliləmək niyyətindədir. Texnoloji suverenlik, yeni ideyaların gerçəkləşməsi və innovasiyalar vasitəsilə gələcəyə inamla addımlamaq əsas hədəfdir. Bu məqsədlə kifayət qədər resurs, insan kapitalı və potensial mövcuddur.
Liderlərin çıxışlarında da bu fikirlər aydın şəkildə ifadə olundu: biz heç kəsə təhdid yaratmırıq, ancaq təhlükə olarsa, adekvat cavab verməyə hazırıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Azərbaycan Prezidenti bu fikirləri açıq şəkildə bildirdilər. Bizim təcrübəmiz, bacarığımız və resurslarımız var – inkişaf yolunda əmin addımlarla irəliləyəcəyik".
Əfsanə Kamal
Demokrat.az