"Son zamanlarda məktəblərdə və cəmiyyətdə artan kriminal halların əsas səbəblərindən biri sosial şəbəkələrdə bu cür xəbərlərin geniş yayılmasıdır. Uşaqlar və gənclər bu məlumatları filtrsiz, nəticəsiz formada izləyirlər. Hadisənin davamı – yəni cəza, nəticə və ya tövbə kimi mərhələlər isə heç yerdə göstərilmir. Bu da onların bu cür halları adi və təsirsiz qəbul etməsinə səbəb olur".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib.
O bildirib ki, məktəblərdə və ailələrdə ciddi nəzarət boşluğu müşahidə olunur:

"Psixoloq və sinif rəhbərlərinin uşaqlarla kifayət qədər maraqlanmaması, valideynlərin uşaqları ilə müntəzəm əlaqə qurmaması, onların gündəlik psixoloji və sosial davranışlarını izləməməsi riskləri daha da artırır. Bəzən valideynlərin verdiyi “səni incidənə sən də cavab ver” kimi yanlış mesajlar uşaqlarda aqressiv davranışlara zəmin yaradır.
Cəmiyyətdə müxtəlif fərqli ehtiyaclara malik uşaqların – əlilliyi olan, autizm spektrində olan və ya sadəcə fərqli inkişaf yolu keçən uşaqların da mövcudluğu nəzərə alınmalıdır. Valideynlər və müəllimlər uşaqlara empatiya və müxtəlifliyə hörmət ruhunda yanaşma öyrətməlidirlər.
Bundan əlavə, son zamanlar valideynlərin məktəb proseslərinə marağının azalması da diqqət çəkir. Valideyn iclaslarına qatılmamaq, məktəbdaxili tədbirlərdən xəbərsiz qalmaq da uşaqların davranışına dolayı şəkildə təsir edir. Əgər bu məsələlərə sistemli yanaşılarsa – yəni valideyn, məktəb və cəmiyyət birgə işləsə – bu cür kriminal və sosial gərgin hallar ciddi şəkildə azala bilər".
Əfsanə Kamal
Demokrat.az