Orban: "Brüssel Avropanın gələcəyini məhv etdi"

DÜNYA 29 may 2025, 19:49
Brüssel çiçəklənən Avropa xəyalını məhv etdi, onu kabusa çevirdi və Avropanın gələcəyini relsdən çıxardı. 

Demokrat.az xəbər verir ki , bu barədə Macarıstanın baş naziri Viktor Orban Budapeştdə  çıxışı zamanı  bildirib.

O bildirib ki, biz Avropa xalqları birləşsək, daha müharibələr olmayacaq, biz firavanlıq və təhlükəsizlik içində yaşaya bilərik. 

Baş nazirin sözlərinə görə, Brüssel bu xəyalı oğurlayıb və Avropanın gələcəyini relsdən çıxarıb.

Siyasətçi Brüsselin miqrasiyaya dəstəyini də tənqid edib. O, bunun inteqrasiya deyil, qəsdən əhalinin dəyişdirilməsi olduğunu deyib. Orbanın sözlərinə görə, avropalılar hazırda öz şəhərlərində özlərini təhlükəsiz hiss etmirlər.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top