"Kişi müəllimlərin azlığının təhsilin keyfiyyətinə mənfi təsiri var. Qadınlar ailə qururlar, məktəbdən ayrılırlar. Sonra geri qayıdanda adaptasiya olmaq çətin olur. Buna görə kişilərin sayının çox olması vacibdir. Digər tərəfdən, dərs prosesində tədris mühitinin ciddi olması baxımından da kişi müəllimlərin çox olması faydalıdır".
Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib. O bildirib ki, kişi müəllimlərin sayının zamanla azalmasının bir çox səbəbləri var.
"Bu proses neçə illərdir gedir. Düzdür, yaxşı müəllim anlayışı üçün qadın və kişi fərqi yoxdur. Dünyada qadın və kişi müəllimlərin sayında bərabərlik gözlənilir. Bəzi ölkələrdə bu, 50-50-dir, yaxud 60 faizlə kişilər üstünlük təşkil edir.
Bizim təhsil aldığımız dövrlərdə təbiət elmlərində kişilərin sayı çox idi, təəssüf ki, kişilərin çoxu ixtisasları üzrə çalışmadılar. Bu, əməkhaqqının az olması ilə bağlı idi. Nəticədə bu gün müəllimlərin 85 faizi qadın, 15 faizi kişilərdir".
Etibar Əliyev həmçinin qeyd edib ki, kişi direktorların çox olması idarəçilik baxımından vacibdir:
"Yaponiyada məktəbəqədər təhsil pilləsində bütün müəllimlər kişilərdir. Uşaqlar kişilərin yanında tərbiyə olunurlar. Bizdə isə bu təhsil pilləsində hər hansı kişi tərbiyəçinin olması hətta təəccüblə qarşılanar.
Hər hansı stimullaşdırıcı tədbirin görülməsi ayrı-seçkiliyə də səbəb ola bilər. Ona görə qadın müəllimlərlə bağlı bu vəziyyət hələ uzun müddət davam edəcək".
Cavidan Mirzəzadə
Demokrat.az