Rayonlara yağan güclü dolu və leysan kənd təsərrüfatına ciddi ziyan vurub.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlama verib.

“Mövsümlərin qeyri-sabitliyi bəzi bölgələrdə yazın tez, digərlərində isə yay fəslinin gec gəlməsi məhsul istehsalında problemlər yaradıb. Xüsusilə dolu zərbələri, ağacların və məhsulların zədələnməsi bir sıra ərazilərdə müşahidə olunub. Bu cür risklərə qarşı beynəlxalq təcrübədə tətbiq olunan idarəetmə mexanizmlərinin ölkəmizdə tam şəkildə tətbiq olunmaması da mövcud durumu ağırlaşdırıb. Sadəcə aqrar sığorta sistemi qismən işə salınıb, lakin o da tam formada fəaliyyət göstərmir. Nəticədə bəzi fermerlər məhsullarını sığortalaya bilməyib və dolu, hava şəraiti kimi təbii fəlakətlər onların ciddi ziyana uğramasına səbəb olub. Bu halların nəticəsi olaraq, məhsul azlığı və xüsusilə bəzi meyvə və tərəvəzlərin bazarda qıtlaşması müşahidə olunur. Bu da öz növbəsində qiymət artımlarına yol aça bilər. Məsələn, nektarin istehsalı ilə məşğul olan bir sahibkarın məhsulunun böyük hissəsi dolu nəticəsində məhv olub. Belə vəziyyətlərin qarşısını almaq üçün müvafiq qurumlar tərəfindən maarifləndirmə işləri gücləndirilməli, sığorta mexanizmləri geniş tətbiq olunmalı və fermerlərin risklərdən qorunması üçün real dəstək təmin edilməlidir”.
Leyla Turan
Demokrat.az