Kəngərli sakini: Ömrümün sonuna qədər burada yaşayacam

GÜNDƏM 24 may 2025, 19:21
“Ağdamdan məcburi köçkün düşəndə körpə olmuşam. İndi kəndimizə övladlarımla qayıtmışam”.

APA xəbər verir ki, bunu Kəngərli kəndinə yeni köç etmiş Şirxan Həsənov deyib.

O, kənddə işlə təmin olunduğunu qeyd edib: "Məşğulluq mərkəzinin xətti ilə Ağdam Sənaye Parkında fəaliyyət göstərən "BAFCO" MMC-də işlə təmin edilmişəm. Mənim üçün böyük qürur hissidir ki, artıq həm doğma kəndimizə qayıtmışam, həm də burada işləyirəm. Evimiz çox rahat və keyfiyyətlidir. Ömrümün sonuna qədər burada yaşayacağımı əminliklə deyə bilərəm. Bu günləri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Dövlətimizə, Prezident İlham Əliyevə ailəm adından təşəkkür edirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top