Azərbaycan Mərkəzi Bankın Şimali Amerikada 11,841 milyard aktivi var

MALİYYƏ 24 may 2025, 17:36
Ötən ilin sonuna olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) Şimali Amerikadakı aktivlərinin həcmi 11,841 milyard manat olub.

Demokrat.az
xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 2,802 milyard manat və ya 19,1% azdır.

Belə ki, 2023-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankının Şimali Amerikadakı aktivlərinin həcmi 14,643 milyard manat olmuşdu.

Hesabat dövründə AMB-nin Şimali Amerikadakı aktivləri pul vəsaitləri və onların ekvivalentləri üzrə 2,827 milyard manat, borc qiymətli kağızlar üzrə 8,969 milyard manat, sair maliyyə aktivləri üzrə 45,5 milyon manat təşkil edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top