"Heç vaxt rüşvət almamışam" — Çingiz Abdullayev

GÜNDƏM 22 may 2025, 16:21
“Biz cavanlıqda kommunizmə inanırdıq. Elə olurdu ki, gətirib mənə pul verirdilər, əlimi də vurmurdum. Məni heç vaxt pulla almaq olmaz”.

Demokrat.az kulis.az-a istinadən xəbər verir ki, bunu Xalq Yazıçısı Çingiz Abdullayev  müsahibəsində deyib.

O qeyd edib ki, pulla ancaq pozğun qadınları almaq olar:

“Vicdanını satmaq bədənini satmaqdan daha pisdir. Bəlkə, ona görə ki, mənim buna ehtiyacım da yox idi. Bəlkə də, aclıqdan ölsəydim, pulum olmasaydı rüşvətxor olardım. Bəlkə də, yox. Tolstoy deyir ki, bir az insaflı insan ola bilməz, ya insaflısan, ya da yox. Heç vaxt rüşvət almamışam. Kommunist olmağa gəlincə, o vaxt hamı kommunist olub: Üzeyir Hacıbəyli, Qara Qarayev…”.

Çingiz Abdullayev solçu olduğunu bildirib:

“Hesab edirəm ki, cəmiyyətdə birinci növbədə sosial ədalət olmalıdır. Mənə böyük bir yazıçı demişdi ki, yazıçının ürəyi solda olmalıdır. O xalqı fikirləşmirsə, pis yazıçıdır. Yaxşı yazıçı xalqın əbədiyyətdə vəkilidir. Sən xalqı fikirləşmirsənsə, onda nə yazacaqsan? 2000-ci ildə 140 yazıçını bir yerə yığmışdılar. Hamısı çox tanınmış yazıçı idi. Aralarında “Nobel” mükafatı laureatı, “Plutser” mükafatı alanlar var idi. Bizə qatar vermişdilər, bütün şəhərləri gəzirdik – Madrid, Paris, Brüssel, Berlin… Hamısını gəzə-gəzə gəldik Moskvaya. Moskvada bir qız Leninlə Trotskini pisləyirdi. Baxdım, onların hamısı bu söhbətdən narazıdır, qızı doğru hesab etmirlər. Sonra bildim ki, bu yazıçıların hamısı ya kommunist, ya sosialistdir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top