"Xüsusilə son dövrlərdə erkən nikahlarla bağlı ciddi çağırışlar olur. Ziyalılarımız, ictimai-siyasi nümayəndələr cəmiyyətə çağırış edirlər ki, erkən nikahlara yol verilməsin. Erkən nikahlar bu cür faciələrə gətirib çıxarır. Qızların vaxtından əvvəl evliliyə təhrik edilməsi onların təhsildən yayılmasına, cəmiyyətdə yararlı şəxs kimi formalaşmasına səbəb olur. Bütün bunlar gələcəkdə həmin ailədə doğulacaq uşaqlara da təsirsiz ötüşmür. Böyük xeyriyyəçi Tağıyevin dediyi kimi, bir oğlana təhsil vermək sadəcə bir nəfərin cəmiyyət üçün yetişməsi, bir qıza təhsil vermək isə bütövlükdə cəmiyyətin təhsil alması deməkdir. Qızlar evləndikdən sonra məcburən ailə qayğıları ilə məşğul olur".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, məsələdə birinci günahkar valideyndir:
"Valideynlər nəyinsə müqabilində qızını tez ərə verirsə, faktiki olaraq o uşaqdan imtina edir. 15-16 yaşında qızı başqa ailəyə vermək ondan bezmək deməkdir. Bir zamanlar bədəvi ərəblər qız uşaqlarını vaxtından əvvəl torpağa gömürdülər. Peyğəmbərimiz ərəbləri maarifləndirərək bu məsələnin qarşısını aldı. Yetkinləşməmiş qız uşağını vaxtından əvvəl ərə verən valideyn onu diri-diri torpağa tapşırır deməkdir. İnsanlarımızı bu baxımdan maarifləndirə bilmirik. Bunda hər birimizin günahı var. Eyni zamanda "ər"lər də cinayətkardır. Özü də cəmiyyətə yararsız adamdır ki, 16 yaşında qızı özünə ailə tərəfdaşı edir və məsuliyyət hiss etmir. Bu insanlar həyat yoldaşına qayğı göstərmir, şiddət tətbiq edirsə, insanlıqdan kənar varlıqdır. Valideynlər bu kimi hallarda məsuliyyət daşımalıdır. Məsuliyyətin bir hissəsi hər birimizin üzərindədir. Qızların təhsil alması üçün çalışmalıyıq ki, gələcəkdə onlar bütövlükdə cəmiyyətin formalaşmasında müsbət rol oynasınlar".
Qeyd edək ki, bir neçə gün öncə Sabirabadda 16 yaşlı gəlin əri tərəfindən öldürülərək, çaya atılıb.
Əfsanə Kamal
Demokrat.az