"Qadın sürücülərin avtobus sektoruna daxil olması..." — AÇIQLAMA

GÜNDƏM 22 may 2025, 17:05
Dünyanın bütün sivil ölkələrinin sərnişindaşınmasında qadın sürücülər var. Sovet dövründə Azərbaycanda da qadın maşinistlər, avtobus, tramvay sürücüləri olub. Hazırda Bakıda bir neçə qadın taksi sürücüsü, metroda maşinist olsa da, avtobus sürücüsü yoxdur. Bu günlərdə “Bakubus” MMC-nin qadınların sürücülüyə cəlb olunması ilə bağlı elanı maraq doğurub, lakin ümumilikdə cəmiyyət arasında birmənalı qarşılanmayıb.  

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.

O deyib ki, qadınların avtobus sürücüsü kimi çalışması, gender bərabərliyi baxımından mühüm və pozitiv bir addımdır:

“Bu, təkcə qadınların istənilən sahədə işləmək hüququnun tanınması deyil, həm də cəmiyyətin sosial inkişaf göstəricisidir. Belə təşəbbüslər bir növ sosial layihə kimi yaxşıdır. Qadın sürücülərin avtobus sektoruna daxil olması, sərnişin davranışlarında da müəyyən müsbət dəyişikliklər yarada bilər.  Əgər bu sahədə institusional dəstək gücləndirilərsə, qadınların ictimai nəqliyyat sektorunda iştirakı həm sosial, həm də iqtisadi baxımdan mühüm nəticələr verə bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top