“İllər öncənin göstəriciləri ilə müqayisə etsək, istər Dövlət Komitəsinin, istərsə də müvafiq qurumların həyata keçirdikləri işlər və qanunvericiliyə edilən dəyişikliklər nəticəsində erkən evliliklərin sayının kəskin şəkildə azaldığını görürük”.
Bunu Demokrat.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva deyib.
Onun sözlərinə görə, problem hələ də tam olaraq aradan qalxmayıb:
“Paytaxtda da bu problem mövcuddur, digər bölgələrdə də. Artıq cari ilin 1 iyul tarixindən müvafiq qanun qüvvəyə minəcək və Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən nikah yaşının 1 yaş azaldılmasına heç bir halda icazə verilməyəcək. Erkən evliliyə şərait yaradan şəxslərin də barəsində qanunla müəyyən edilmiş tədbirlər görüləcək. Bütün bunlara baxmayaraq, maarifləndirmə mütəmadi davam etdiriləcək”.
Səmra Əliyeva qeyd edib ki, valideynlər erkən yaşda evliliyin övladlarını uçuruma apardığını bilməli və anlamalıdır:
“Həm fiziki, həm psixoloji, həm də təhsildən yayınma baxımından erkən yaşda ailə qurmaq yol verilməzdir. Bu hal birbaşa insan hüquqlarının pozulması deməkdir. Bu hal bütün dünyada ana və uşaq ölümünün sayını artıran neqativ bir haldır. Ən əsas məqam ondan ibarətdir ki, belə evliliklərə heç bir cəmiyyət üzvü laqeyd yanaşmamalı, dərhal reaksiya bildirməli və dövlət qurumlarına məlumat verməlidirlər”.
Cavidan Mirzəzadə
Demokrat.az