Son dövrlərdə Azərbaycanın media sahəsində inkişaf və islahatlara yönəlmiş mühüm addımlar atılır.
Demokrat.az “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, bu çərçivədə, informasiya yayımının daha effektiv və müasir tələblərə uyğun təşkili məqsədilə "Xalq qəzeti” ilə "Respublika" qəzetinin birləşdirilməsi ehtimalı müzakirə olunur.
Belə bir təşəbbüs media qurumlarının strukturunun təkmilləşdirilməsi, resursların daha səmərəli istifadəsi və oxuculara daha keyfiyyətli, dolğun, aktuallığı yüksək məlumatların çatdırılması baxımından önəm daşıyır.
Eyni zamanda, bu addım Azərbaycan mediasının rəqabət qabiliyyətini artırmaq və informasiya məkanında vahid, güclü platformaların formalaşmasına zəmin yaratmaq məqsədi güdür. Media resurslarının birləşdirilməsi yeni çağırışlara cavab verə biləcək innovativ və çevik informasiya yayım sistemlərinin yaradılmasına imkan verəcək.
Adıçəkilən qəzetlərin birləşdirilməsi söhbəti yenidən gündəmdədir. Məlumata görə, hətta bununla bağlı müzakirələr aparılıb. Bu barədə bizi məlumatlandıran mənbə bildirib ki, qəzetlərin birləşməsindən sonra “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov yenə postunda qalacaq. “Respublika” qəzetinin hazırkı baş redaktoru Hümbət Musayev isə “Xalq qəzeti”nmin baş redaktorunun birinci müavini olacaq.
Əflatun Amaşov deyilənlərlə bağlı qeyd edib ki, o da bu məlumatı ictimai müzakirələrdən eşidib:
“Xalq” və “Respublika” qəzetlərinin birləşdirilməsi ilə bağlı yayılan məlumatlar hələ ki, rəsmi təsdiqini tapmayıb. Bu, şayiə də ola bilər, dezinformasiya da. Mən bu barədə yalnız eşitmişəm".
Əflatun Amaşov hesab edir ki, media sahəsində struktur islahatlarına ehtiyac olsa da, belə vacib qərarlarla bağlı rəsmi açıqlamaların verilməsi daha doğru olardı.
Hümbət Musayev isə bildirib ki, belə bir birləşmənin reallığını zaman göstərəcək. O, qəzetlərin strukturunda yeniliklərin qaçılmaz olduğunu vurğulayıb:
“Media sahəsində aparılan islahatlar daha dayanıqlı və effektiv informasiya mühitinin yaradılmasına xidmət edir və bu istiqamətdə addımların atılması gözlənilir”.
Nəticə etibarilə, "Xalq" və "Respublika" qəzetlərinin birləşdirilməsi həm keyfiyyət, həm də kəmiyyət baxımından mediasferada yenilənmənin əlaməti ola bilər.