Putin: Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırıq

DÜNYA 19 may 2025, 20:57

Rusiya Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırdır, bu memorandumda atəşkəs məsələləri və münaqişənin həlli prinsipləri daxil ola bilər.

Bunu Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla telefon danışığından sonra jurnalistlərə deyib.

"Rusiya Ukrayna tərəfinə bir sıra mövqelərin müəyyən edilməsi ilə mümkün gələcək sülh müqaviləsi ilə bağlı memorandum təklif edəcək və onunla işləməyə hazırdır. Buraya, məsələn nizamlanma prinsipləri, mümkün sülh sazişinin vaxtı və s., o cümlədən müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə mümkün atəşkəs daxildir", - Rusiya lideri bildirib.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top