Dövlət İmtahan Mərkəzi Xankəndi şəhərində ilk dəfə qəbul imtahanı keçirəcək.
Bununla bağlı deputat Ceyhun Məmmədov Demokrat.az-a açıqlama verib.
Deputat deyib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra mühüm və rəmzi əhəmiyyət daşıyan bir hadisə baş verir:
“Dövlət İmtahan Mərkəzi Xankəndi şəhərində ilk dəfə qəbul imtahanı təşkil edəcək. Bu, həm tarixi, həm siyasi, həm də mənəvi baxımdan əlamətdar hadisədir. İllərlə səbirsizliklə gözlənilən bu gün artıq gerçəyə çevrilib. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndidə məktəblər fəaliyyət göstərir və təhsil prosesinə qayıdış artıq reallıqdır. İlk imtahanın keçirilməsi isə bu torpaqlarda həyatın yenidən bərpa olunmasının bariz nümunəsidir. Bu, təkcə imtahan yox, həm də Azərbaycanın qələbəsinin, uğurunun və dövlət suverenliyinin təsdiqidir. Bu, Azərbaycanın zəfərinin tamamlandığı, uğurlarının taçlandığı bir gündür. Bu addım, həmçinin bölgədə sabitliyin, normal təhsil mühitinin və sosial qaydaların bərpasına yönəlmiş siyasətin davamı kimi qiymətləndirilir”.
Leyla Turan
Demokrat.az