Son günlər sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin guya Ermənistan parlamentinin sədri Alen Simonyanı və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı "Dostluq" ordeni ilə təltif etdiyi barədə açıq-aşkar yalan məlumat yayılıb.
Erməni politoloqu Kevork Almassian tərəfindən "X" sosial şəbəkəsində (əvvəlki Twitter) paylaşılmış videoçarxda guya Trend İnformasiya Agentliyinə məxsus olan saxtalaşdırılmış ekran görüntüsü və "Britaniya mediası"nın uydurma xəbər süjeti təqdim olunur. Bildiririk ki, bu mövzuda heç bir xəbər agentliyimizin platformalarında yayımlanmayıb. Video manipulyativ xarakter daşıyır və dezinformasiya məqsədilə primitiv üsullarla hazırlanıb.
Trend İnformasiya Agentliyi rəsmi şəkildə bəyan edir ki, bu iddia tamamilə saxtadır və heç bir həqiqi mənbəyə əsaslanmır. Bu cür dezinformasiya kampaniyaları Azərbaycan dövlət strukturlarını və media qurumlarını hədəf almağa yönəlib.
Trend İnformasiya Agentliyi oxucuları və media nümayəndələrini rəsmi mənbələrə istinad etməyə, yayılan xəbərlərin doğruluğunu yoxlamağa və saxta məlumatlara uymamağa çağırır. Bütün rəsmi məlumatlarımız yalnız www.trend.az saytında və agentliyimizin təsdiqlənmiş sosial media hesablarında dərc olunur.
Yayılan bu yalan informasiya növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmaq və Azərbaycanı hədəf almaq məqsədi güdən dezinformasiya kampaniyasının tərkib hissəsidir.