Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

MEDİA 28 iyun 2025, 23:04
“Forbes” jurnalı dünyanın 50 ən zəngin qadınının siyahısını açıqlayıb.

Demokrat.az
xəbər verir ki, reytinqdə birinci yeri sərvəti 38,8 milyard dollar dəyərində qiymətləndirilən isveçrəli 80 yaşlı Rafaela Aponte-Diamant tutur. O, həyat yoldaşı ilə birlikdə 136 mindən çox işçisi olan “Mediterranean Shipping Company” gəmiçilik korporasiyasını qurub.

İkinci yeri ABŞ-də dam örtüyü və tikinti materiallarının ən böyük tədarükçülərindən biri olan “ABC Supply” şirkətinin həmtəsisçisi amerikalı Dayan Hendricks (22,3 milyard dollar) tutub.

“Forbes”in məlumatına görə, 2025-ci ildə reytinqə daxil olmaq üçün ən aşağı hədd 2,1 milyard dollar olub. Siyahıda ABŞ və Çinin hər birinin 18 təmsilçisi var.

Ən zəngin qadınların ümumi sərvəti 276 milyard dollardır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyun 2025, 22:50
Top