Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama — VİDEO

GÜNDƏM 28 iyun 2025, 22:22
"Yaşı 60-a yaxınlaşmış qardaşlarımın günahsız olduqları halda mühakiməsiz işgəncə altında həyatlarına son qoyublar".

Demokrat.az
xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında Rusiyanın Yekaterenburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, jurnalist Seyfəddin Hüseynli deyib.

"Rusiyanın dırnaqarası hüquq-mühafizə orqanları evlərindən vəhşicəsinə, döyə-döyə gecənin bir aləmi aparıblar. Onlarla başqa soydaşlarımızı da aparıblar. Təəssüf ki, dünən axşamdan etibarən orada öldürülənlərin xəbərləri gəlir. Ağır vəziyyətə salınmış, elektrik cərəyanına məruz qalmış azərbaycanlılara dövlətimizin müdaxiləsindən sonra tibbi xidmət göstərilib" deyə, o bildirib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyun 2025, 22:50
Top