Türkiyədə son iki gündə 150 ​​meşə yanğını baş verib

DÜNYA 29 iyun 2025, 00:23
Türkiyədə son iki gündə 150 ​​meşə yanğını qeydə alınıb, onlardan 8-i hələ də söndürülməyib.

Demokrat.az
xəbər verir ki, bu barədə kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı jurnalistlərə bildirib.

Nazir deyib: "Görülən tədbirlərə və xəbərdarlıqlara baxmayaraq, Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları davam edir. Son iki gündə yanğınların sayı 150 olub. Onların 83-ü iyunun 28-də baş verib. Hazırda ölkəmizdə səkkiz aktiv yanğın hadisəsi var ki, onlardan 4-ü qismən nəzarətə götürülüb".

Yanğınlar əsasən ölkənin şimal-qərb bölgəsindəki meşə sahələrində baş verib. Orada onlarla xüsusi texnika, yanğınsöndürən təyyarə və yüzlərlə yanğınsöndürmə briqadası işləyir.

Yumaklı bildirib ki, yanğınlar nəticəsində yalnız bir nəfər xəsarət alıb, üç nəfər isə meşəni yandırmaqda şübhəli bilinərək saxlanılıb.

Nazir onu da bildirib ki, yanğınların baş verdiyi bəzi ərazilərdə ehtiyat tədbiri olaraq onlarla kənd müvəqqəti olaraq boşaldılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyun 2025, 22:50
Top