Putin Kadırovun oğlu ilə görüşdü — TOY TƏBRİKİ

DÜNYA 28 iyun 2025, 21:53
Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbərinin oğlu, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Adəm Kadırovla qeyri-rəsmi görüş keçirib.

Demokrat.az
xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, görüş Moskvada baş tutub. 

Putin qeyd edib ki, K<a href="https://savashmedia.az/putin-kadirovun-oglu-ile-gorusdu-toy-tebriki" target="_blank">adı</a>rov gənc yaşına baxmayaraq, güclü xarakterə və xalqına sədaqətə malik, məsuliyyətli və nizam-intizamlı lider olduğunu sübut edib.

Prezident həmçinin Adəmi qarşıdan gələn toyu münasibətilə təbrik edib, ona ailə həyatında xoşbəxtlik arzulayıb.

İyunun 27-də azyaşlı Adəm Kadırovun ailə qurmağa hazırlaşdığı məlum olub. Mərasim onun valideynlərinin evində baş tutacaq. Gəlinin adı Mednidir, o, Kadırovlar ailəsi ilə eyni kənddəndir. Digər təfərrüatlar açıqlanmır. (SAVASHMEDİA.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyun 2025, 22:50
Top