
Rusiya Dövlət Dumasının sabiq deputatı və Rusiya Federasiya Şurasının senatoru, Əfqanıstan veteranları birliyinin rəhbəri Frans Klinçevic Ermənistana şəxsi səfər çərçivəsində gəlmişdi.
Demokrat.az xəbər verir ki, lakin İrəvanın "Zvartnots" hava limanında sərhəd nəzarətindən keçərkən sənədləri yoxlanıldıqdan sonra ona geri qayıtması bildirilib.
Klinçevic "Komsomolskaya Pravda"ya açıqlamasında deyib: "Sərhədçilər mənə dedilər ki, ölkəyə girişim qadağandır. Mən sadəcə mənə Əfqanıstan veteranlarının abidəsinin qoyulmasında kömək etmiş şəxslərlə görüşmək üçün gəlmişdim".