ABŞ Senatı İrana qarşı hərbi əməliyyatları məhdudlaşdıran qətnaməni rədd edib.
Oxu.Az bu barədə NEWS.ru saytına istinadən xəbər verir.
İyunun 27-də axşam saatlarında Senatda keçirilən səsvermə zamanə 53 senator təşəbbüsün əleyhinə, 47-si isə lehinə səs verib.
Demokrat senator Tim Keynin təklif etdiyi sənəddə ABŞ hərbçilərinin İrana qarşı icazəsiz hərbi əməliyyatlarda iştirakına son qoyulması tələb olunurdu.
Sənədin müəllifləri vurğulayıblar ki, ABŞ konstitusiyasına əsasən, müharibə elan etmək müstəsna hüququ Konqresə məxsusdur və hərbçilərin Tehranla münaqişəyə cəlb olunmasından əvvəl qanunvericilərə qabaqcadan xəbər verilməli, ictimai debatlar və səsvermə aparılmalıdır.