Ev işlərindən qaynaqlanan zehni yükün çox böyük bir hissəsini analar daşıyır.
Bizim.Media bu barədə "Sabah"a istinadən xəbər verir.
2024-cü ilin dekabr ayında “Journal of Marriage and Family” adlı elmi jurnalda yayımlanan araşdırma anaların ev işlərini idarə etməklə bağlı zehni yükün 71 %-ni öz üzərlərinə götürdüklərini müəyyən edib.
Psixiatr Dr. Sue Varma isə “CBS Mornings” verilişində bu rəqəmin daha yüksəl olduğunu bildirib.
Tədqiqatçılar müəyyən ediblər ki, analar ailə rifahına dair gündəlik əsas tapşırıqların çoxunu icra edir, atalar isə daha çox baxım və maliyyə ilə bağlı ara-sıra ortaya çıxan vəzifələri yerinə yetirirlər.
Psixiatr Dr. Sue Varma cütlüklərlə işləyərkən analardan eşitdiklərini belə ifadə edib:
"Qadınlar deyir: Yalnız təşkil etmirəm, planlaşdırmıram və idarə etmirəm, eyni zamanda nə pis gedə bilərsə, əvvəlcədən təxmin edirəm. Çünki nəticələri ilə kim məşğul olacaq? Yenə mən. Uşaq adətən sakitləşmək üçün anasını istəyir. Uşaq xəstələnəndə məktəb anasına zəng edir və işdən kim icazə alır? Yəni hər şey sonda qadına qayıdır."
Bəs anaların zehni yükünü azaltmaq üçün nə etmək olar?
Psixiatr Dr. Sue Varma deyir ki, hər şey həyat yoldaşından başlayır.
"Anaların zehni yükünü paylaşmaq üçün atalar bu yükü qəbul etməli, ev işlərinə yardım etməli, müntəzəm və açıq ünsiyyətə töhfə verməli, planlaşdırma və qərarvermə proseslərinə qatılmalıdırlar”.