Tanınmış təhsil eksperti vəfat edib

GÜNDƏM 28 iyun 2025, 15:41
Təhsil eksperti Nadir İsrafilov vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, o, müalicə aldığı xəstəxanada 73 yaşında vəfat edib.

Mərhum bir neçə gün öncə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Nadir İsrafilov 1952-ci il aprel ayının 21-də Xaçmaz rayonunda doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1981-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını bitirib. Fəaliyyəti dövründə müəllim, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, Azərbaycan ETPEİ-də elmi işçi, BŞBTİ-da inspektor, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top