“Bu, azərbaycanlıların Rusiyadan qovulması əməliyyatıdır” — Deputatdan sərt etiraz

GÜNDƏM 28 iyun 2025, 18:49
İyunun 27-də Rusiyada, Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi birgə əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb, ikisi yaralanıb. Onlarla azərbaycanlının saxlanıldığı deyilir.
 Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni azərbaycanlılara qarşı “qəbuledilməz zorakılıq” kimi qiymətləndirib. Rusiyanın Azərbaycandakı səfirliyinin rəsmisi Azərbaycan XİN-ə çağrılaraq ona Bakının kəskin etirazı bildirilib.

Demokrat.az
xəbər verir ki, Deputat Rasim Musabəyov Federal Təhlükəsizlik Xidmətinin törətdiyi hadisəni “zorakılıq” adlandırıb və bunu azərbaycanlıların Rusiyadan “nümayişkaranə qovulması əməliyyatı” kimi təsvir edib.

“Səbəb kimi 2001-ci ildə baş vermiş ölüm hadisəsi göstərilir. Həmin hadisədə bir azərbaycanlı həlak olmuşdu. İndi buna görə gəlib hücum etmək, iki nəfəri öldürmək, üç nəfəri yarımcan halda orada zülmə məruz qoymaq – bu zorakılıqdır, əməliyyat deyil”, – millət vəkili BBC Azərbaycancaya deyib.

Rasim Musabəyov bu addımın siyasi məqsədli olduğunu da istisna etmir.

“Sadəcə, dəqiqləşdirilməlidir. Bu, hansısa yerli orqanın təşəbbüsüdür? Yəni yerli güc strukturları özləri üçün hesab edərək ki, Moskva ilə Bakı arasında münasibətlər korlanıb və çoxdan idi ki, Azərbaycan diasporunun üstünə yerimək istəyində idilər və fürsətdən istifadə edib bu cür hərəkətlər edirlər. Ya da bu Moskvanın təşəbbüsüdür ki, Azərbaycana öz narazılığını bildirmək istəyir”, – Musabəyov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top