"PAŞA Holdinq" qarşıdakı 5 ildə regionda innovasiyaların gələcəyini formalaşdırmağı planlaşdırır.
Demokrat.az xəbər verir ki, bunu "PAŞA Holdinq" MMC-nin baş direktoru Cəlal Qasımov qurumun təşkilatçılığı ilə keçirilən "INMerge" innovasiya sammitinin açılış mərasimində bildirib.
Baş direktor deyib ki, "InMerge" Mərkəzi Avrasiya və onun hüdudlarından kənarda sahibkarları, investorları və liderləri bir araya gətirən hərəkatdır:
"Gələcək beş ilə baxsaq, missiyamız aydın olaraq qalır: ideyalar irəli sürmək, əlaqələr qurmaq və regionda innovasiyaların gələcəyini formalaşdırmaq. Lakin unutmayaq ki, innovasiyaların ən güclü forması tədrisdən başlayır. Biz daimi inkişaf mədəniyyətini formalaşdırdığımız, marağı, təvazökarlığı və özümüzə meydan oxumaq cəsarətini təşviq etdiyimiz zaman, təkcə gələcəyə hazırlaşmırıq - biz onu yaradırıq".
Cavidan Mirzəzadə
Demokrat.az