Nazir: Qanunvericilikdə dəyişiklik edilməlidir

GÜNDƏM 29 sentyabr 2025, 15:54
Biznes mühitinin inkişafı üçün qanunvericilikdə dəyişikliklər edilməlidir.

Demokrat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

Nazir qeyd edib ki, Azərbaycanda biznes mühitinin və fəaliyyət göstərilən sahələrin inkişafı üçün qanunvericilik dəyişiklikləri vacibdir və ekosistemdəki yeniliklərin təşviqi önəmlidir: 

"İştirakçıların bu istiqamətdə təklif və fikirlərini təqdim etməsi vacibdir. Bu, həm bizim hansı istiqamətdə irəlilədiyimizi daha nizamlı və hesabatlı şəkildə göstərməyə, həm də innovasiya ekosistemində əməkdaşlığı gücləndirməyə imkan verəcək".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sentyabr 2025, 17:13
Top