Həmvətənlərimizə qarşı zorakılıq edənlər dərhal məsuliyyətə cəlb edilməlidir

GÜNDƏM 28 iyun 2025, 18:06

"İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və ağır bədən xəsarətləri nəticəsində yaralanması, saxlanılanlara xüsusi amansızlıqla işgəncələr verilməsi bizi dərindən narahat edir".

Demokrat.az
xəbər verir ki, bu sözləri açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

"Rusiya hüquq mühafizə orqanlarının bu şəkildə hüquqazidd davranışı və amansız rəftarı əməliyyatın sifariş əsasında həyata keçirildiyini göstərir. Azərbaycan Milli İstiqlal Partiyası Rusiya FTX-nın bu şəkildə qəddar fəaliyyətini qətiyyətlə pisləyərək həlak olan həmvətənlərimizin yaxınlarına başsağlığı verir və baş vermiş hadisə ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin dərhal məsuliyyətə cəlb edilməsini tələb edir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top