“Xalq Cəbhəsi məni tək qoydu…Seçkilərdən yorulmuşuq” — Prezident Ayaz Mütəllibov 1991-ci ildə türk jurnalistinə nələri açıqlayıb? — VİDEO

MÜSAHİBƏ 28 iyun 2025, 21:01
Türkiyənin məşhur telejurnalisti Mehmet Ali Birand 1991-ci ildə Azərbaycanda olub və prezident Ayaz Mütəllibovdan müəllifi olduğu “32-ci Gün” proqramı üçün müsahibə alıb. 

Demokrat.az
xəbər verir ki, müsahibə Azərbaycanda 1991-ci ilin sentyabrında keçirilmiş prezient seçkisindən az sonra götürülüb.

Müsahibədə A.Mütəllibov SSRİ-nin son durumundan, müstəqil Azərbaycanın qarşısında duran problemlərdən, Qarabağ məsələsinin həlli yollarından, Türkiyə ilə əlaqələrdən, müxalifətlə münasibətlərindən danışıb.

Qeyd edək ki, Azərbaycanda 1991-ci ilin sentyabrında alternativsiz keçrilmiş prezident seçkilərində Ayaz Mütəllibov qalib gəlib. O zaman güclü müxalifət qüvvəsi sayılan Azərbaycan Xalq Cəbhəsi sekini boykot edib.

Xocalı soyqırımından sonra 1992-ci ilin martında Ayaz Mütəllibov prezident postundan istefa verib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyun 2025, 22:50
Top