Bakıda ət və toyuq qiymətləri: Son vəziyyət

İQTİSADİYYAT 28 iyun 2025, 20:13
Son günlər paytaxt bazarlarında ət və toyuq məhsullarının qiymətində müəyyən artım müşahidə edilir. Əsas artım mal ətindədir və onun qiyməti əvvəlki aylara nisbətən təxminən 20-25% yüksəlib.

Demokrat.az
xəbər verir ki, hazırda Bakıda mal ətinin 1 kiloqramı ₼16-₼18 aralığında satılır. Bu, keçən aylarda müşahidə olunan ₼12-₼14 qiymətindən xeyli yüksəkdir.

Toyuq məhsullarında isə qiymət artımı daha azdır. Bazarlarda toyuq filesinin qiyməti 1 kiloqram üçün təxminən ₼6.9-₼10 manat civarındadır və böyük artım qeydə alınmayıb.

Satıcılar ətin bahalaşmasını əsasən yem xərclərinin artması və yay mövsümündə tədarük çətinlikləri ilə əlaqələndirirlər. Həmçinin, bölgələrdən gətirilən diri mal-qaranın qiymətində fərqlər olması da pərakəndə satışa təsir edir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir ki, ət məhsullarının qiymətləri bazar prinsiplərinə əsaslanır və dövlət tərəfindən birbaşa tənzimlənmir. (Yeni Sabah)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyun 2025, 22:50
Top