Azərbaycan XİN Pakistana başsağlığı verdi

XARİCİ SİYASƏT 28 iyun 2025, 19:41
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən terror aktı ilə bağlı başsağlığı verib.

Demokrat.az
xəbər verir ki, bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib.

“İyunun 28-də Şimali Vəziristan bölgəsində azı 13 hərbçinin həyatına son qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanın yaralanmasına səbəb olan dəhşətli terror aktından sonra qardaş Pakistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz bu qorxaq terror aktını qətiyyətlə pisləyir, sülh və təhlükəsizliyə ciddi təhdid yaradan terrorizmin bütün formalarına qarşı sarsılmaz mövqeyimizi bir daha bəyan edirik”, - paylaşımda deyilir

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyun 2025, 22:50
Top